Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Silahlı Qüvvələrin moderinləşdirilməsi Prezident İlham Əliyevin dövlət siyasətinin strateji istiqamətlərindəndir

0

  •        Ulu
    Öndərimiz Heydər Əliyev 1993-cü ildən yenidən Azərbaycanda siyasi hakimiyyətə gələndə
    Azərbaycanda ordu əvəzində ayrı-ayrı şəxslərə, siyasi məqsədlərə xidmət edən
    silahlı dəstələr mövcud idi. Böyük dövlətçilik təcrübəsi olan Ulu Öndərimiz
    Heydər Əliyev başıpozuq silahlı dəstələri ləğv edərək onun əvəzində vahid
    komandanlığa tabe olan nizami ordunun bünövrəsini qoydu və yaradılmış yeni
    silahlı qüvvələr tərəfindən ermənilərə laiqli cavab verilərək onlar xeyli geri
    oturduldu və atəşkəsə razlıq verməyə məcbur edildilər. 2003-cü ildə cənab Prezident
    İlham Əliyev Prezident seçiləndən sonra torpaqlarımızın 20 %-nin Ermənistan
    ordusnun işğalı altında olduğunu nəzərə alaraq, Azərbaycanın müdafiə qütrətinin
    artırılmasını dövlət siyasətinin strateji istiqamətlərindən biri kimi müəyyən
    etdi. Dövlət büdcəsindən müdafiə xərclərini ilbəil artırmaqla Ordunun
    maddi-texniki təminatını müasir  silah və
    sursatlarla təmin etməklə yanaşı, yüksək peşəkarlığa malik hərbi kadrların
    yetişdirilməsi daima diqqət mərkəzində saxlanıldı.    Respublikada Müdafiə Sənayesi Nazirliyi yaradılaraq Ordunun təminatı
    üçün yeni silah və sursat istehsalına başlanıldı.  Müsair hərbi texnologiyaların nəaliyyətlərinin
    nümaiş edildildiyi sərgi və yarımarkalarda Azərbaycanın iştrakı təmin edildi.
    Ordumuzun döyüş qabiliyyətini, peşəkarlığını və fiziki hazırlığını artırmaq məqsədilə
    təlim planları hazırlanaraq təsdiq edildi və təlim planlarına uyğun təlim-məşq
    toplantılarının keçirilməsi mütəmadi xarater aldı. Müasir dövrün hərbi əməliyyat
    şərtlərinə cavab verən silah istehsalçısı olan dövlətlərlə əlaqələr qurularaq ən
    yüksək texnalogiyalar əsasında hazırlanmış yeni silahlar ordumuzun arsenalına qəbul
    edildi. Müasir silahlardan istifadə etmək bacarığına malik peşəkar hərbi
    kadrlar hazırlandı və s.      Dünyanın ən güclü ordularından birinə sahib olan qardaş Türkiyə
    Respublikası ilə digər sahələrlə yanaşı hərbi sahədə də geniş əməkdaşlıq əlaqələri
    quruldu, çoxsaylı birgə təlimlər keçirildi. Keçirilən təlimlər bütün qoşun növlərini  və hərbi birləşmələri əhatə edirdi ki, buda
    müxtəlif qoşun növlərinin hərbi əməliyyatlar zamanı birə fəaliyyətlərini təmin
    etməyə hədəflənmişdir.      Cənab
    Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu, hərbi strategiya 44 günlük Vətən
    müharibəsində özünün doğru nəticələrini təsdiq etdi.      Cənab
    prezident İlham Əliyev müharibədən sonrakı dönəmdə də Ordumuzun dahada gücləndirilməsi
    istiqamətində ardıcıl iş aparır. Buna görə də Ordumuz öz üzərinə düşən
    tapşırıqların hər an icrasına hazırdır.     Bildiyiniz kimi 26 iyun Respublikamızda Silahlı Qüvvələr günüdür. Bu gün
    münasibətilə Silahlı Qüvvələrin Ali Baş Komandanı, cənab prezident İlham Əliyev
    başda olmaqla bütün şəxsi heyyəti ürəkdən təbrik edir, daima qələbə müjdəçiləri
    olmalarını arzuayıram. Vahid Əliyev,















    Yeni Azərbaycan Partiyası Xocalı rayon təşkilatının sədri
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi1 il öncə
    İzlənib52 dəfə
    Silahlı Qüvvələrin moderinləşdirilməsi Prezident İlham Əliyevin dövlət siyasətinin strateji istiqamətlərindəndir

    Maraqlı gələ bilər
    29
    230
    53